Ed Şiran səhnədən gedir

21:54 28-08-2019 1358

Əslən Britaniyadan olan məşhur müğənni Ed Şiran gözlənilmədən karyerasına fasilə verib. Qərb mediası Edin bu cür addımını onun ruhi xəstəliyə düçar olması ilə bağlayır.

Musiqiçinin iki ildən çox davam edən "Divide" adlı dünya turunun son konsertində Ed bir müddət karyerasına ara verməyə qərar verdiyini açıqlayıb:  “Bu gün dünya turum başa çatır. Həm acı, həm də sevindiricidir. Sizi çox sevirəm. Bu, növbəti il ​​yarım ərzində son konsertimdir." 

"Divide" bu günə kimi ən yüksək qəlir gətirən tur kimi tarixə düşüb. Onu təxminən 9 milyon insan canlı-canlı seyr edib. Ed verdiyi konsertlərdən ümümi olaraq 755 milyon dollar pul toplayıb.

Fanatlar isə Şiranın çox yorulduğunu və bir şəhərdən digər şəhərə uçub dayanmadan çalışmaqdansa, evində sakitcə yaşamaq istədiyini düşünürlər.

Lakin Qərb mediası fərqli bir versiya irəli sürüb - Edin bu qərarı onun paranoyadan əziyyət çəkməsi ilə bağlıdır. 

Bir ay əvvəl musiqiçi ağır əsəb gərginliyini yaşadığını, bütün dostları ilə əlaqələrini kəsdiyini və yalnız yaxın insanları və həyat yoldaşı ilə ünsiyyət saxladığını etiraf edib.  

Edin mobil telefonu yoxdur. O, paytaxtdan ayrılıb, Suffolkdakı mütəvazi həyatı seçib. Üstəlik, heç kəsin onun rahatlığını pozmaması üçün hətta qonşularının evlərini də satın alıb.

Musiqiçi deyib: "Klostrofobiyam var, izdiham içərisində ola bilmirəm. İnsanlarla ünsiyyət saxlayıram, bu mənada problem yoxdur. Ancaq kiminsə mənə diqqətlə baxması və ya şəklimi çəkməsi məni narahat edir. Sanki mən insan deyiləm".

2016-cı ildə həyatında baş verən xoşaqəlməz hadisədən sonra Şiran dörd ay evdən çıxmayıb: “Yemək sifariş verir və film izləyirdim. Bir şüşə süd üçün də çölə çıxa bilmirdim. Normal bir həyat sürmək, evdən çıxmaq, konsert vermək istədim. Bunun əvəzinə dörd divarda oturub kilo aldım".

Ed həmçinin etiraf edib ki, bundan bir müddət öncə onun alkoqol asılılığı olub, amm musiqiçi içkidən uzaqlaşmağı bacarıb.

Rəşad Əliyev