Ayağı yaralanan köpək yardım üçün aptekə gəldi - VİDEO

01:36 24-06-2019 873

Türkiyədə yaşanmış maraqlı bir hadisə sosial şəbəkələrdə böyük marağa səbəb olub. İstanbulda qabaq pəncəsi yaralanmış bir küçə iti kömək almaq üçün aptekə daxil olub.

Heyvansevərliyi ilə tanınan aptek sahibi Banu Cengiz əvvəl heyvanın ac olduğunu düşünüb, onun qarşısına yemək qoyub. Lakin, ağıllı köpək yaralı pəncəsini uzadaraq, dərdini başa salıb. Əzcazçı xanım köpəyin yarasını yuyub, məlhəm sürtüb və sarıyıb. Ayağı sarındıqdan sonra köpək apteki tərk edib.

Banu Cengiz kameraların yaddaşına həkk olunmuş bu görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra videoçarx böyük maraqla izlənib.