Zabratda 23 yaşlı gənc bıçaqlandı

08:00 29-08-2019 1571

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Zabrat qəsəbəsində qeydə alınmış insident zamanı 1996-cı il təvəllüdlü Heydərov Tərlan Tofiq oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

T.Heydərov Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu