Millimiz Rusiyaya qarşı

15:27 29-08-2019 1217

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirdə iştirak edəcək.

AFFA xəbər verir ki, sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Turnirin təqvimi:

22 sentyabr
Saat 13:00 Qazaxıstan – İran
Saat 15:30 Rusiya – Azərbaycan

23 sentyabr
Saat 16:00 İran – Azərbaycan
Saat 18:00 Qazaxıstan – Rusiya

25 sentyabr
Saat 15:00 Azərbaycan – Qazaxıstan
Saat 17:30 Rusiya - İran

Oyunların başlama saatı yerli vaxtla göstərilib.