Türkiyəli qadın məşhur cinsini dəyişmək istəyir - FOTO

22:54 29-08-2019 639

Türkiyənin ən reytinqli televiziya layihələrindən biri olan "İşte benim stilim 2017" yarışmasının finalçılarından olan Neslihan Doğrusöz cinsiyyətini dəyişdirmək qərarına gəlib.

HerGun.Az xəbər verir ki, bir neçə ay öncə bu barədə məlumat verən Neslihan şəxsi "İnstagram" hesabında paylaşdığı fotoları ilə izləyiciləri heyrətləndirib.

Tam fərqli tərzdə və daha brutal, saqqallı formada kamera önünə keçən Doğrusöz yeni şəkillərini yayımlayıb.

Neslihanın sevgilisi "Bikini Fitness 2018"in qalibi və milli idmançı Büşra Eyenon onun adının bundan sonra Doruk olacağını söyləyib.

N.Doğrusözün fotoları qısa zamanda sosial mediada böyük səs-küyə səbəb olub. Türkiyənin məşhur pop ifaçıları Merve Özbey və Demet Akalın kimi sənətçilər ona dəstək çıxıblar.

Qeyd edək ki, yarışma boyunca özünü sakit aparan və təmkini ilə diqqət çəkən Neslihan Doğrusözün radikal imic dəyişikliyi məşhur aktyor Rüzgar Erkoçu xatırladıb.

Lakin Neslihan Rüzgardan fərqli olaraq hələ ki əməliyyat olmayıb.

Rəşad Əliyev