KFC-nin süni toyuq əti 5 saata satıldı

14:27 30-08-2019 753

Avqustun 27-də KFC restoranlar şəbəkəsi Atlantadakı filiallarının birində bitki tərkibli "Beyond Meat" toyuq naqqets və qanadlarının sınaq satışını keçirib.

Onları almağa tələsən müştərilər restoran açılmamış növbəyə dayanıblar. Növbə bir neçə məhəllə uzunluğunda olub.

Satış o qədər aktiv şəkildə aparılıb ki, restoran "Beyond Meat"la birgə hazırladığı bütün məhsulları satmaq məcburiyyətində qalıb. Müəssisənin rəhbərliyinin bildirdiyinə görə, beş saat ərzində satılan naqqets və qanadların sayı KFC-nin bir həftəyə satdığı bayts porsiyalarına bərabərdir. Dəqiq göstəriciləri isə şirkət açıqlamır.

Yoxlamanın nəticələrinə əsasən, bu məhsulun bir neçə filialda, yaxud bütün ABŞ boyu satılacağına dair qərar qəbul ediləcək.