Dilarə ilə Çingiz arasında nə yaşanır? - “Gir mənim həyatıma”

13:09 24-06-2019 1175

Azərbaycanı bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayevlə həmkarı Dilarə Kazımova arasında maraqlı dialoq yaşanıb.

HerGun.Az xəbər verir ki, iki gənc müğənni arasındakı “deyişmə” “Jara” beynəlxalq musiqi festivalının “Pre-Party”si zamanı olub.

Belə ki, Dilarə Çingiz müsahibə verən zaman yaxınlaşaraq, onu qucaqlayıb.

“Mən də kadra girməyə gəldim”, - deyən Dilarə söhbətə müdaxilə edib. Çingiz ona “Mən sənin həyatına girəcəyəm” sözləri ilə qarşılıq verib. D.Kazımova isə “Gir mənim həyatıma” deyə, həmkarının sözlərini bəyənib.

Qeyd edək ki, D.Kazımova bir müddət əvvəl Ç.Mustafayevin gözəl oğlan olduğunu, əla səsi olduğunu, bir sözlə ondan xoşu gəldiyini demişdi.

Rəşad Əliyev