Rus futbolçu 24 yaşında öldü

18:00 01-09-2019 757

Rusiyalı gənc qadın futbolçu ölüb.

"Lenta.ru" xəbər verir ki, 24 yaşlı Polina Kobzeva ürək tutmasından vəfat edib.

Bu barədə onun klubu “Podolçanka” açıqlama yayıb.

Kobzeva 2018/19 mövsümündə komandası ilə Moskva əyalətinin çempionluğunu qazanmışdı.