Beyl “Real”ın bombardirlər siyahısında Ronaldoya çatdı

05:18 02-09-2019 718

Madridin “Real” klubunun hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda “Vilyarreal” ilə səfər matçında dublunu (2:2) rəsmiləşdirib.

Championat.com” xəbər verir ki, 30 yaşlı valliyalı üçün bu qollar “qaymaqlar”ın heyətində 103 və 104-cü olub.

Forvard bu göstəriciyə görə məşhur braziliyalı Ronaldoya çatıb və onunla klubun legionerlər arasında ən yaxşı bombardirləri siyahısında 7-ci yeri bölüşdürür.

“Real” tarixində ən yaxşı legioner bombardirlər:

1. Kriştianu Ronaldu — 450 qol

2. Alfredo Di Stefano — 308

3. Ferents Puşkaş — 241

4. Kərim Benzema — 224

5. Uqo Sançes — 208

6. Qonsalo İquain — 121

7. Ronaldo, Qaret Beyl — 104.