Rafael Quliyev dünya rekordçusu oldu - "Ən güclü barmaq" ondadır

12:36 02-09-2019 571

Rusiya idmançısı Rafael Quliyev iki barmaqdan sallanma üzrə dünya rekordçusu olub

Bu barədə "Baykal-Daily" nəşri yazır.

85 kiloqram çəkisi olan Rafael bir dəqiqə 15 saniyə asılı vəziyyətdə qalıb. Bundan öncə barmaqlardan sallanma üzrə rekord 80 kq-dan az çəki üzrə 47 saniyə təşkil edib. Quliyev bildirib ki, hazırda "ən güclü barmaq" rütbəsi ona aiddir.

Bundan başqa, Quliyev iki barmaqda dartınma üzrə də Rusiya rekordçusudur - 16 dəfə. Həmçinin, idmançı 86 kq çəkisi olan adamı bir əllə qaldıraraq, Rusiyanın Rekordlar Kitabına düşüb.