Azərbaycanda fermerlər üçün xüsusi bank kartları hazırlandı

16:09 02-09-2019 635

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi nağdsız şəkildə həyata keçiriləcək.

HerGun.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Kənd Təsərüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi fermerlərə bank kartları veriləcək:

"Kartlar pulsuz paylanılacaq. Fermerlər bu kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcək. Kartlar xüsusi olaraq fermerlər üçün hazırlanıb və ilin sonuna kimi öz sahiblərinə təqdim ediləcək".

Nazir müavini qeyd edib ki, kartlar fermerlərə "Kapital Bank" tərəfindən veriləcək.

İlhamə Əbülfət