Rövnəq Abdullayev 50 min nəfərin maaşını artırdı

17:36 02-09-2019 660

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin maaşı artırılıb.

Bu barədə HerGun.Az-a SOCAR-dan məlumat verilib.

SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% qaldırılıb. Şirkətdən bildirilir ki, tarif vəzifə maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

Qeyd olunur ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.