Binəqədidə kişi arvadına 14, baldızına 5 bıçaq vurdu

23:45 02-09-2019 1102

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Binəqədi şossesi döngə 4 ünvanında 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızını bıçaqlayıb.

R.Mahmudova 14 bıçaq xəsarəti alıb. S.Quliyev daha sonra baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına 5 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.

Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu