Dünyaca məşhur döyüş ustası Bakıda - FOTO

22:54 03-09-2019 14

Dünyaca məşhur fransız aktyoru, kaskadyor və döyüş ustası Siril Raffaelli Türkiyə və Hindistanın birgə istehsalı olan döyüş filmində çəkilmək üçün Bakıya gəlib. Məşhurun paytaxta gəlişindən isə heç kəs xəbər tutmayıb.

HerGun.Az xəbər verir ki, şəhərimizə gizlincə gələn məşhurun fotosunu isə Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov şəxsi "Facebook" hesabında paylaşıb. Yaroslav Siril ilə birlikdə yayımladığı fotoya o, "Siril Rafaelli. Bizə döyüş fəndlərini öyrətmək üçün gəlib" şərhini yazıb.

Məşhur ulduzun iştirakı ilə çəkilən filmin detalları barədə məlumat əldə etmək üçün HerGun.Az-ın əməkdaşı sözügedən filmdə rol alan Yaroslav Trifonovla əlaqə saxlayıb. O, filmin bir neçə hissəsinin Bakıda çəkildiyi bildirib.

"Bizə film haqqında danışmaq yasaq olunub. Sadəcə onu vurğulaya bilərəm ki, mən həmin filmdə rus mafiozinin cangüdənini canlandırmışam. Filmi Türkiyə və Hindistan birgə çəkir,  bizim azərbaycanlı komandamız da onlara kömək edir. Mənim Siril ilə uzun söhbətim olmayıb. Sadəcə, yadigar foto çəkdirdik. O, hələ Bakıdadır. Sabah Rafaelli komanda ilə birlikdə Fəvvarələr meydanında  filmin digər hissələrini çəkəcəklər. Növbəti gün isə ölkəni tərk edəcəklər. Ərsəyə qələn ekran işi döyüş səhnələrindən boldur".

Rəşad Əliyev