Qobustanda ailə faciəsi: qardaş bacısını və qardaşını bıçaqlayıb

03:54 04-09-2019 499

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Nərimankənddə qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğluna bıçaqlayıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Qurbanovaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu