İxtiraçı "Dəmir insan" filmindəki kostyumla uçuş etdi - VİDEO

08:27 04-09-2019 600

Britaniyalı Riçard Brauninq özünün ixtira etdiyi kostyumla böyük məsafə qət edib.

"Daily Mail" yazır ki, ixtiraçı Liminqton şəhərindən Uayt adasına 1,3 km məsafəyə uçuş edib.

Bu onun kostyum vasitəsi ilə qət etdiyi ən böyük məsafədir.

Konstruksiya 1000 at gücü verən 5 qaz mühərriki ilə təçhiz olunub və 89 km/s sürət yığmağa imkan verir.