“Jara-2019”un “Pre-Party”sində yaşananlar - VİDEO

19:00 24-06-2019 661

Xəbər verdiyimiz kimi, “Sea Breeze”də keçirilən nüfuzlu “Jara-2019” beynəlxalq musiqi festivalı çərçivəsində ilk dəfə “Pre-Party” baş tutub. Gecədə yerli məşhurlarla yanaşı, Rusiyanın parlaq ulduzları da iştirak edib.

Yulia Baranovskayanın aparıcılıq etdiyi möhtəşəm festivalda Xalq artistləri Emin Ağalarov,  Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova, Nigar Camal, Çingiz Mustafayev, Aysel, İrina Nelson, Sayqo, Lyusya Çebotina, “Mband” və “Serebro” qrupları ifaları ilə çıxış ediblər.

Məşhurlar “Jara-2019”un səhnəsinə çıxmazdan öncə qırmızı xalça üzərində media nümayəndələrinin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bölüşüblər. Yüksək səviyyədə təşkil olunan musiqi dolu gecənin açılışını Səmra Rəhimli, bağlanışını isə Xalq artisti və festivalın təşkilatçısı Emin Ağalarov edib. 

HerGun.Az “Jara-2019” beynəlxalq musiqi festivalından əvvəl keçirilən “pre-party”də yaşanan ən maraqlı anları təqdim edir:

Rəşad Əliyev