Anasının gözü qarşısında qaşığı uddu, özünü yandırmaq istədi

14:36 04-09-2019 566

Bakıda 36 yaşlı kişi anasının gözü önündə qaşığı udub.

Bu barədə HerGun.Az-a Səbail Rayon Polis İdarəsindən bildirilib.

Belə ki, həmin şəxsin anası sentyabrın 3-də 8-ci Polis bölməsinə müraciət edib.

O, övladı - 1983-cü il təvəllüdlü Məmmədov Elmar Etibar oğlunun çay qaşığı udduğunu bildirib. Ananın sözlərinə görə, bu yolla oğlu nümayişkaranə şəkildə intihar etməyə çalışıb. 

Bundan əlavə, E.Məmmədov üzərinə benzin tökərək, özünü yandırmaq istəyib, lakin anası buna imkan verməyib. O, 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, əvvəllər qanunsuz narkotik satışına görə məhkum olunmuş E.Məmmədov anası ilə dalaşaraq mülk tələb edib. İstədiyinə nail olmadıqda isə intihara cəhd etməklə anasına təsir göstərməyə çalışıb.

Onun yaşadığı evi də yandırmaq istədiyi qeyd olunur.

Xatırladaq ki, bu, ailə münaqişəsi zəminində qaşıq udmaqla bağlı ilk hadisə deyil. Bu ilin iyulunda Xətai rayonunda qayınanası ilə münaqişə zamanı qaşıq və mismar udan 1989-cu il təvəllüdlü Babayev Alamat Nazim oğlu xəstəxanaya yerləşdirilmişdi.

Ramella İbrahimxəlilova