Kreml Hindistana "S-400"lərin göndərilməsi barədə

10:09 05-09-2019 505

Rusiyanın "S-400" zenit raket komplekslərinin (ZRK) Hindistana çatdırılmasına dair müqavilələrlə bağlı vəziyyət qaydasındadır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib.

Hərbi-texniki əməkdaşlıq mövzusu Rusiya lideri Vladimir Putinin Hindistan Baş naziri Narendra Modi ilə görüşü zamanı müzakirə olunub. Peskov danışıqların təfərrüatını açıqlamayıb.

"Hindistan ABŞ-ın təzyiqlərilə bağlı narahatlığını ifadə edibmi?" sualının cavabından yayınan mətbuat katibi üçüncü ölkələrlə əlaqələrin deyil, ikitərəfli münasibətlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb.

İyulda yayılan məlumata əsasən, Rusiya "S-400" komplekslərinin Hindistana çatdırılması 2023-cü ilin aprelinədək tamamlanacaq.