Vergilər Nazirliyində yüksək vəzifəyə - TƏYİNAT

16:18 05-09-2019 969

Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor vəzifəsinə təyinat olub. 

HerGun.Az xəbər verir ki, sözügedən posta Rövşən Nəcəf təyin edilib. 

Xatırladaq ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub. 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.

Təyinatdan əvvəl isə o, ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayından Prezident Administrasiyasının İnnovativ İnkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Könül Cəfərli