Bakıda kişi dostunu bıçaqla boğazından vurdu

09:00 06-09-2019 551

Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, A.Məmmədov küçəsi ev 23 ünvanında keçmiş məhkum 1983-cü il təvəllüdlü Şahnəzər Məmmədov dostu, 1984-cü il təvəllüdlü Anar Qasımovun yaşadığı evə gedib.

Onlar arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Ş.Məmmədov A.Qasımovun boynuna bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Ş.Məmmədovu saxlayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu