"Qarabağ"ın yeni transferi Bakıda - FOTO

10:09 06-09-2019 892

"Qarabağ" futbol klubunun İngiltərənin "Bornmut" komandasından icarəyə götürdüyü qapıçı Asmir Beqoviç Azərbaycana gəlib.

HerGun.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri qarşılayıb.

Qeyd edək ki, A.Beqoviç UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında iştirak üçün sifariş ərizəsinə daxil edilib.