Azərbaycana 28 milyon həşərat gətirildi - Altı aya

10:45 06-09-2019 477

2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 59 ədəd diri at və safqanlı cins heyvan idxal olunub.

HerGun.Az statistik göstəricilərə istinadən xəbər verir ki, eyni zamanda, ölkəyə 1792 ədəd safqanlı iribuynuzlu ev heyvanları gətirilib.

Digər iribuynuzlu ev heyvanlarının sayı isə 36 424 ədəd təşkil edib.

Azərbaycana bu dövr ərzində 27 403 ədəd diri qoyun, 400 ədəd diri keçi, 12 ədəd diri qaz, 60 ədəd dovşan, 1 milyon 245 min 445 ədəd diri ev toyuğu, 12 ədəd diri qaz, 39 ədəd göyərçin, 16 ədəd primat idxal edilib.

Bununla yanaşı, idxal olunanlar sırasında arılar və həşəratlar da var. Belə ki, bu dövr ərzində Azərbaycana 12 min 18 ədəd arı, 28 milyon 311 min ədəd həşərat gətirilib.

Azərbaycana diri dekorativ balıqlar, alabalıqlar, karp da idxal edilib.

Aqşin Kərimov