Azərbaycanda dəhşət - Kişi qardaşı arvadını kəndirlə boğdu

12:36 06-09-2019 1290

Ağsu rayonunda qətl hadisəsi törədilib.

APA xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində rayonun Qiyaslı kəndində qeydə alınıb.

Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var.

Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.