Dünyanın ən bahalı polis avtomobilləri - FOTO

13:54 06-09-2019 846

Polis hər bir dövlət üçün çox vacib qurumdur. Bu səbəbdən polisi ən yeni avadanlıq, silah, eləcə də peşəkar kadrlarla təmin etmək üçün hökumət tərəfindən külli miqdarda vəsaitin ayrılması heç də təəccüblü deyil. Bütün bunlar ölkədə asayişi qorumağa xidmət edir.

Məlumata görə, bəzi ölkələr polis üçün avadanlıq və silahlarla yanaşı, avtomobillərə də böyük pul ayırırlar.

Dünyanın ən bahalı polis avtomobillərini təqdim edirik:

1. "Bugatti Veyron". BƏƏ (Dubay) 4 000 000 dollar

2. "Mercedes-Benz Brabus Rocket". Almaniya - 580 000 dollar

3. "Lamborghini Murcielago". Böyük Britaniya - 380 000 dollar

4. "Lamborghini Gallardo". CAR - 248 000 dollar

5. "Porsche Panamera". Qətər - 175 000 dollar

6. "Nissan GT-R". BƏƏ (Əbu-Dabi) - 100 000 dollar

7. "Porsche Carrera 911". Avstriya - 95 000 dollar

8. "Lotus Exige Cruiser". Avstraliya və Böyük Britaniya - 84 000 dollar

9. "Dodge Charger". ABŞ - 46 000 dollar