Səudiyyə Ərəbistanında dronların hücumu: aeroportlar bağlandı

15:27 16-06-2019 564

Yəməndəki qiyamçı husilərə məxsus Pilotsuz Uçan Aparatlar (PUA) Səudiyyə Ərəbistanının cənubundakı Cizan və Abha hava limanlarına hücum edib.

Bu barədə “Al-Masira” telekanalı məlumat yayıb.

Hücum nəticəsində ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir. Sözügedən aeroportlar hələlik fəaliyyətini dayandırıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Abha şəhəri yaxınlığında PUA vurub.