Ağsuda iki aylıq körpənin anasını kəndirlə boğan şəxs saxlanıldı

19:45 06-09-2019 569

Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

HerGun.Az xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib.

İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Hadisəni törədən Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahidova ailəlikcə bir evdə yaşayıblar.

Kənd sakinlərindən aldığımız məlumata görə, Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub.

Bundan xəbər tutan Nəriman, qardaşının yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.

Xatırladaq ki, qətlə yetrilən Xumar Zahidova ötən il ailə qurub və iki aylıq körpəsi var. O, həmçinin onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.

Baş verən hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Ağsu rayon Prokurorluğunda ARCM 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.