İran Fars körfəzində yanacaq daşıyan gəmini saxladı

15:54 07-09-2019 430

İran sərhədçiləri Fars körfəzində yanacaq qaçaqmalçılığında şübhəli bilinən 12 nəfərdən ibarət heyəti olan gəmini saxlayıblar.

TASS xəbər verir ki, bu barədə Hormozqan əyalətinin dəniz qüvvələrinin komandanı Hüseyn Dehki bildirib.

"Əməliyyat zamanı xarici gəmi tutuldu. Gəmidən 283900 litr qaçaq yanacaq tapılıb", - deyə H.Dehki söyləyib.

O əlavə edib ki, gəmidə 12 Filippin vətəndaşı olub.