İtaliya Qran-Prisində dəhşətli qəza - VİDEO

17:45 07-09-2019 1065

Avstraliyalı idmançı Aleks Peroni "Formula-3" İtaliya Qran-Prisində qəzaya düşüb.

Məlumata əsasən, “Kampos” komandasının pilotu döngəyə düzgün girməyib və asfaltlanmış təhlükəsizlik zonasına çırpılıb.

Sonra isə bolid havaya qalxıb, bir neçə dəfə fırlanıb və yoldan kənara uçub.

Qeyd edilir ki, pilot xəsarət almayıb. Peroni boliddən özü enib. Sonra isə xəstəxanaya aparılıb.