Yanan təyyarə Maldiv adalarına eniş etdi - VİDEO

21:45 07-09-2019 9

"Air Asia" aviaşirkətinin А320 təyyarəsi 22 dəqiqə sonra Maldiv adalarındakı əsas hava limanına eniş etməyə məcbur olub.

Rusiya saytlarının yerli telekanallara istinadən yaydığı xəbərə görə, buna səbəb təyyarənin mühərriklərindən birində yanğının baş verməsi olub. 

Yanğın zamanı təyyarədə olan 58 sərnişin və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Hadisə cümə axşamı, sentyabrın 5-də, gecə saatlarında baş verib. Tailand mülki aviasiya departamenti isə informasiyanı yalnız şənbə günü, aviaşirkətin məruzəsindən sonra açıqlayıb. Beynəlxalq qaydalara görə, aviaşirkət bu məruzəni qəzadan sonrakı 72 saat ərzində hazırlaya bilər.