Zəvvarları daşıyan təyyarə Nigeriyada təcili eniş etməli oldu

01:18 08-09-2019 496

Səudiyyə Ədəbistanından qalxan "Boeing 747" təyyarəsi Nigeriyanın Minna şəhərində təcili eniş etməli olub.

"Mirror" xəbər verir ki, təyyarədə 600 nəfərə yaxın sərnişin olub, onlar müxtəlif dini ziyarətlərdən qayıdırmışlar. Layner enmə zolağından sürüşərək sərt eniş etməli olub. 

İlkin ehtimal kimi buna hava gəmisinin mühərriklərindən birindəki nasazlığın səbəb olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, xəsarət alan olmayıb. Bununla belə, sərnişinlər təyyarəni qorxu içində tərk ediblər.