Tac-Mahalı gecələr də ziyarət etmək olacaq

02:09 08-09-2019 12

Hindistan hakimiyyəti Tac-Mahalı gecə ziyarətləri üçün də açmağı planlaşdırır.

"Lonelyplanet" xəbər verir ki, buna səbəb sarayı ziyarət etmək istəyən turistlərin çoxluğu ilə bağlıdır.

Tac-Mahala hər gün orta hesabla 22 min turist gəlir. Bəzən bu rəqəm gün ərzində 50 min nəfərə çatır. Mavzoleydə uzun müddət qalanlar isə cərimələnirlər.

İndi isə yerli hökumət muzeyin qapılarını gün batandan sonra da turistlərin üzünə açmaq niyyətindədir.

Ölkənin turizm və mədəniyyət naziri Praxlad Sinqh Patel deyib: "Tac-Mahalı gecə ziyarətlərinə də açmaq üçün çoxlu xahişlər gəlir. Bu ideyanı gerçəkləşdirməyi qərara aldıq".

Hazırda ağ mavzoleyi ayda yalnız beş dəfə gecə - bədirlənmiş aylı gecədə, ondan öncəki və sonrakı dörd gecədə ziyarət etmək olur.