Portuqaliya yığması AVRO-2020 seçmə turnirində Serbiyanı məğlub edib - VİDEO

03:36 08-09-2019 509

Futbol üzrə Portuqaliya yığması AVRO-2020-nin təsnifat turnirinin qrup mərhələsində Serbiya komandası üzərində qələbə qazanıb. 

Fox News”un verdiyi məlumata əssasn, Belqradın "Rayko Mitiç" stadionunda keçirilən görüş Portuqaliya yığmasının xeyrinə 4:2 hesabı ilə başa çatıb.   

Portuqaliya yığmasının heyətində Vilyam Karvalyu, Qonsalu Gedeş, Kriştianu Ronaldu və Bernardu Silva fərqləniblər. Serbiya komandasında 85-ci dəqiqədə rəqibin qapısından iki qolu Nikola Milenkoviç və Aleksandar Mitroviç keçiriblər.

Beləliklə, hazırda Portuqaliya yığması B qrupunda beş xalla ikinci yeri tutur, birinci yerdə 13 xalla Ukrayna komandası qərarlaşıb. Serbiya Avropa çempionatının seçmə mərhələsində Lüksemburqdan sonra dördüncü yeri (4 xal) tutub.