Trampın rəqibi yoxsul ölkələrdə doğum sayını məhdudlaşdırmaq üçün abortu dəstəklədi

04:45 08-09-2019 452

ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd olan Berni Sanders bildirib ki, yoxsul ölkələrdə qadınlar  doğumu nəzarətdə saxlamaları üçün abort etdirə bilməlidirlər.

Bu barədə “Fox News” məlumat verir.

Siyasətçinin sözləri qara dərili uşaqların doğum sayının azalması ilə əhalinin sayını məhdudlaşdırmaq istəyi kimi qiymətləndirilib.

Belə ki, CNN-nin aparıcı Sara Elizabet Kupp Sandersi “yevgenikanın irqçi ideologiyası"nı parçalamaqda ittiham edib, “The Daily Wire”in təsisçisi və baş redaktoru Ben Şapiro isə prezidentliyə namizədin abortları “daha çox qara dərili uşaqlar”üçün dəstəklədiyini bildirib.