Çində zəlzələ olub – xəsarət alanların sayı artır

07:18 08-09-2019 437

Çinin Sıçuan əyalətində 5,4 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. 

Bu barədə REN TV Neytsyan əyalətinin Fövqəladə İşlər İdarəsinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, səhər saatlarında baş verən zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.

Onlar mütəxəssislər tərəfindən yoxlanılır.

Bundan əlavə, yer səthinin hərəkəti səbəbindən bəzi binalar çöküb.

Zəlzələnin ocağının 10 km dərinlikdə yerləşdiyi qeyd edilir.

Hazırda kütləvi uçqun yerlərində xilasedicilər işləyir.