Tramp "Taliban" rəhbəri ilə gizli görüş barəsində danışdı

10:27 08-09-2019 12

ABŞ Prezidenti Donald Tramp "Taliban" lideri və Əfqanıstan Prezidenti ilə olan görüşlərini ləğv edib.

Bu barədə Tramp özü "Twitter" səhifəsindən açıqlama verib.

O, bu qərarını Kabildə baş verən növbəti terror aktı ilə əlaqələndirib.

"Heç kimin xəbəri olmadan önəmli "Taliban" liderləri və Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə bazar günü Kemp Deviddə gizlicə görüşməli idik. Bu gecə ABŞ-a gələcəkdilər. Amma təəssüf ki, saxta təəssürat yaratmaq üçün terror hücumunu qəbul etdilər", - deyə Tramp bildirib.

ABŞ rəhbəri həmçinin əlavə edib ki, hücum zamanı 12 nəfər ölüb.

Qeyd edək ki, son illər Birləşmiş Ştatlar rəhbərliyi Əfqanıstanda sülhün yaradılması və atəşkəs üçün bir neçə dəfə cəhd edib.