Pornoaktrisa olmaq istəyən qızını öldürdü, həbsə düşdü

20:27 08-09-2019 10

Böyük Britaniyada yaşayan əfqan əsilli iki kişi həbs olunub. 

Lenta.ru "The Daily Mail"-ə istinadən xəbər verir ki, bu iki dostdan birinin qızı pornoaktrisa olmaq qərarına gəlib. Onlar bu "utancdan qurtulmaq üçün" qızı öldürməyi planlaşdırıblar. 

54 yaşlı Məhəmməd Patman və dostu 49 yaşlı Darya Xan Səfi uzun müddət Patmanın 25 yaşlı qızını həyatını internet vasitəsilə izləyiblər. 2017-ci ildə qız iudaizmi qəbul edib və Avstriyaya, erotik şəkil və pornofilmlər çəkən ərinin yanına köçüb. 

Polis uzun müddət qətl planı üzərində işləyən kişiləri nəzarətdə saxlayıb: onlar qızın iş yerinə - Slovakiyaya qədər maşınla getməyi qərara alıblar. Onlar bu məqsədlə avtomobilin texniki vəziyyətini və ehtiyat üçün əlavə təkərlər almağı müzakirə edirmişlər. 

Əfqanların qətl planı barədə məlumatı polis slovakiyalı həmkarlarından alıb. Hər iki şübhəli şəxsin altı övlaldı var, onlar uzun illərdir ki, Böyük Britaniyada yaşayırlar. Vaxtilə Əfqanıstandakı Britaniya qoşunlarına yardım göstərdikləri üçün onlara bu ölkədə yaşamaq hüququ verilib. İndi onları, yəqin ki, vətənlərinə ekstradisiya edəcəklər.