Oyan Nəzəriani Zaqrebdə çempion oldu

21:45 08-09-2019 433

Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

HerGun.Az xəbər verir ki, ilk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib. 

Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 

İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.