Millimiz çətin sınaq qarşısında

09:27 09-09-2019 412

Azərbaycan millisi bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

HerGun.Az xəbər verir ki, yığma komandamız 6-cı turda Xorvatiya millisini qəbul edəcək. 

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da "Bakcell Arena"da baş tutacaq. 

Qrupun digər oyununda Macarıstan doğma meydanda Slovakiyanı sınağa çəkəcək. 

Qeyd edək ki, millimiz seçmə mərhələdə keçirdiyi dörd oyunun hamısında uduzub.