Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəldi

11:18 09-09-2019 429

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, 81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib.

Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. M.Allahverdiyev rəqibinə 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.