Qısqanc kişi sevgilisini öldürüb intihara cəhd etdi - MƏHKƏMƏ

12:00 09-09-2019 1146

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fərhad Abışovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

HerGun.Az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı sentyabrın 16-na təyin edilib. 

Qeyd edək ki, qətl hadisəsi paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində baş verib.

Cinayət bu il iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. F.Abışov 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.

K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.

Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.

İntihar etmək istəyən F.Abışov sevgilisini öldürdüyünü deyib. 

Polis əməkdaşları onu fikrindən yayındırıblar. 

Məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.