II Avropa Oyunlarında son vəziyyət: 11 medalımız var

13:00 25-06-2019 588

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında idmançılarımız mübarizəni davam etdirirlər.

HerGun.Az-ın Minskə ezam olunmuş müxbiri xəbər verir ki, indiyədək 11 medal qazanmışıq.

Bunlardan dördü gümüş, yeddisi bürünc medaldır.

Bu göstərici ilə millimiz hazırda 24-cü sıradadır. Rusiya yenə 48 medalla liderlik edir. Şimal qonşumuz 22 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb.

İkinci yerdə 38 medalla Belarus gedir. Meydan sahiblərinin 11 qızıl, 9 gümüş və 18 bürünc medalı var.

Digər qonşumuz Gürcüstan isə artıq üçüncü sıraya qalxıb. 20 medalı olan gürcülər altı qızıl, beş gümüş və doqquz bürünc medal qazanıblar.

Qeyd edək ki, II Avropa Oyunları iyunun 30-da başa çatacaq.

Səbuhi Musayev