İyunun 29-dək temperatur normadan artıq olacaq - XƏBƏRDARLIQ

13:45 25-06-2019 568

Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı olacaq. Ona görə də havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq.

HerGun.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, iyunun 29-dək ölkə ərazisində havanın temperaturu çox illik norma göstəricilərindən yüksək olacaq:

"Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstərici yeniləndi, 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb. Keçən illə müqayisə etsək, iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır.

Ötən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub. Respublikanın rayonlarında, xüsusən də Aran rayonlarında havanın yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində davam edəcək".