Millimizdə ciddi itkilər: Kapitan və daha iki futbolçu oynamayacaq

16:09 10-09-2019 533

Futbol millimiz ciddi itki ilə üzləşib.

HerGun.Az xəbər verir ki, millimizin üç aparıcı futbolçusu cəzalı duruma düşüb.

Bunlar sol cinah müdafiəçimiz Anton Krivotsyuk, mərkəz yarımmüdafiəçimiz Dmitri Nəzərov və məcburiyyətdən müdafiənin mərkəzində oynadılan kapitanımız Maksim Medvedevdir.

Hər üç futbolçu dünən Xorvatiya ilə 1:1 başa çatan oyunun ikinci hissəsində sarı vərəqə alıb. Bu, onların üçüncü sarı vərəqəsi olduğundan, hər üç futbolçu oktyabrın 13-də Budapeştin "Qrupama Arena"sında keçiriləcək Macarıstanla seçmə oyunu buraxacaq.

Həmin səfər matçında millimizin kapitanının kim olacağı da sual doğurur. Belə ki, digər kapitanlar Qara Qarayev, Bədəvi Hüseynov və Cavid Hüseynovdur. Hələ həmin matçda kapitanın kim olacağı müəyyənləşməsə də, bunun Qara Qarayev olacağı daha inandırıcıdır.

Səbuhi Musayev