Azərbaycan-Türkiyə birgə təlimlərindən möhtəşəm görüntülər - FOTO/VİDEO

18:54 10-09-2019 513

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimləri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq növbəti uçuşlar icra olunub.

Azərbaycan və Türkiyənin 30-dək hərbi aviasiya vasitəsinin iştirak etdiyi təlimlər sentyabrın 16-dək davam edəcək.