Ukraynada iki azərbaycanlı adam oğurluğuna görə həbs edildi

02:45 11-09-2019 23

Kiyev prokurorluğu 22 yaşlı ukraynalını qaçırmaqda şübhəli bilinən üç nəfər haqqında həbs qərarı verib.

HerGun.Az xəbər verir ki, hadisə paytaxtın Kurenevski rayonunda baş verib.

Quldurlar qurbanlarını silahla hədələyərək maşına qoyub, hadisə yerindən uzaqlaşıblar.

Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları 20 və 31 yaşlı azərbaycanlıları, eyni zamanda onların dostu, 24 yaşlı Ukrayna vətəndaşını saxlayıblar.

Faktla bağlı cinayət işi açılıb.