Tovuzda ev külə döndü - VİDEO

15:09 25-06-2019 699

Tovuzda evdə yanğın olub.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün rayonun Bayramlı kəndində qeydə alınıb.

Tovuz rayon Bayramlı kənd sakini Aslanova Flora Kərim qızına məxsus, ümumi sahəsi 200 m² olan iki mərtəbəli, altı otaqlı və bir aynabənddən ibarət ev yanıb.

Qeyd edək ki, birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbədə üç otağın yanar konsturuksiyaları və dam örtüyü 80 m² sahədə yanıb

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisəyə səbəb elektirikdə yaranan qısa qapanma olub.

Faktla baglı araşdırma aparılır.

Nazir Quliyev