Bakıda yol ayrıcının keçilməsi qaydalarının pozulması qəzalara səbəb oldu - VİDEO

14:27 11-09-2019 463

Bakıda yol ayrıcının keçilməsi qaydalarının pozulmasına görə baş verən qəzalar kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, ilk qəza Yasamal rayonu Şərifzadə küçəsində baş verib. “VAZ 2107” markalı avtomobil baş yol ilə hərəkət edən zaman əks istiqamətdən gələrək, sola dönmək istəyən “Opel” markalı avtomobil onun qarşısına çıxıb. Nəticədə toqquşma baş verib.

İkinci hadisə Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində baş verib. Taksi sürücüsü Bakıxanov prospekti ilə hərəkət edən zaman işıqforun qadağanedici nişanında keçən avtomobil ilə toqquşub. Toqquşma nəticəsində taksinin ön hissəsi əzilib. Digər avtomobil isə zərbənin gücündən aşıb.

Üçüncü hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Kəsişmədə sağa dönən “BMW” markalı avtomobili buraxmayan “Mercedes Viano” markalı avtomobil ona çırpılıb. 

Görüntüləri təqdim edirik: