Xaçmazda iki maşın toqquşdu: bir ailə xəstəxanalıq oldu

14:45 11-09-2019 391

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəhrəman Qasımovun idarə etdiyi "VAZ-21015" markalı maşınla "QAZEl" markalı yük avtomobili toqquşub. 

Nəticədə, bir ailənin beş üzvü xəsarət alıb. Yaralılar, Siyəzən rayon sakinləri - 56 yaşlı Tofiq Axundov, 31 yaşlı Raziyə Axundova, 15 yaşlı Nuray Axundova, iki yaşlı Nilay Axundova, 20 yaşlı Allahverdi Beybutov Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.