Azərbaycanda şagird yerdəyişməsi elektronlaşdırılır

15:45 25-06-2019 33

Azərbaycanın ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.